AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.   27 oktyabr 2020-ci il


Havaların soyuması ilə əlaqədar olaraq əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır: 27 oktyabr 2020-ci il


Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terrora da əl atmaqda davam edir. 26 oktyabr 2020-ci il


Qusar rayonunda "DAF" markalı yük avtomobilinin qoşqusunda ümumi çəkisi 22 ton olan xurma yığılan 200 ədəd plastik tara yanıb.


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Cəlilabad rayonunun Uzuntəpə kəndində ümumi sahəsi 120 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb.

Ümumi məlumat




Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 iyun tarixli 2850 nömrəli Sərəncamına əsasən yaradılmışdır və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların əlavə təhsilini, fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi tədqiqatları aparan ali təhsil müəssisəsidir.

 

Təhlükəsizlik

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə kadrların hazırlanması;

Təhsil

Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahələrdə kadrların əlavə təhsilinin həyata keçirilməsi;

Elmi-tədqiqatlar

fövqəladə hallar sahəsində elmi-tədqiqatların aparılması, metodiki işin təşkili və təkmilləşdirilməsi;

Rəhbərlik haqqında məlumat


Baba Hacı-Baba oğlu Salayev

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor.

01.01.1970-ci ildə Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.

Bağırov Qəzənfər Nofəl oğlu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin birinci müavini, polkovnik-leytenant.

24.03.1984 – ci ildə Şəmkir şəhərində anadan olub.
Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasını bitirib.
Ailəlidir. 4 övladı var.

Hüseynov Aslan Rəhman oğlu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin müavini, polkovnik.

02.01.1966 – ci ildə Kürdəmir rayonunda anadan olub.
1984-1988 Sumferopol Ali Hərbi inşaat-siyasi məktəbi
1994-1995 Türkiyə Ali Hərbi Komandirlər məktəbi
Ailəlidir. 3 övladı var.

Babaşov İlham Balasəlim oğlu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin müavini, polkovnik.

11.07.1967-ci ildə Ağsu rayonunda anadan olub. Azərbaycan Texniki Universitetini bitirib.
Ailəlidir, 2 övladı var.