AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ

Bakı şəhərində keçiriləcək “Formula-1 Azərbaycan Qran Prisi 2023” yarışlarına hazırlıq çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti nəzdində Bakı Marşal Klubu marşallarının bacarıq və təcrübələrinin artırılması məqsədilə 25 mart 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim... 25 mart 2023-cü il


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 24. 24 mart 2023-cü il


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər rayonunda hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. 23 mart 2023-cü il


Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində...


Ağdam rayonunun İkinci Yüzbaşılı kəndində ferma ərazisində yığılan...


Gəncə şəhərində ümumi sahəsi 112 m² olan birmərtəbəli tikilinin (yem və kənd təsərrüfatı məhsullarının satışı mağazası kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 36 m² sahədə və içərisinə yığılan 1,5 ton məhsul yanıb.

Ümumi məlumat


Xəzər Hövzə Qəza-xilasetmə Xidməti Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sektorunda ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində öz səlahiyyətləri daxilində idarəetmə, əlaqələndirmə və nəzarəti həyata keçirən, habelə quruda və sularda qəza baş verdikdə və ya baş vermə ehtimalı böyük olduqda, neft və neft məhsullarının axımları ilə əlaqədar yaranmış fövqəladə hallara çevik reaksiya verilməsi, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə fəaliyyətin təşkilini, sularda baş vermiş qəza və hadisələr zamanı axtarış-xilasetmə işlərinin həyata keçirilməsini təmin edən qurumdur.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.

 
 

Dəniz üzgüçülüyü

XHQX gəmilərinin təhlükəsiz istismarını təmin etmək;Dənizdə axtarış və xilasetmə, dağılmış neftin ləğvi əməliyyatları zamanı gəmilərin dəniz üzgüçülüyünün təhlükəsizliyinə nəzarət etmək;Gəmi sürücülərinin bilik səviyyəsinin yüksək və müasir səviyyədə saxlanılmasına nəzarət etmək;Baş vermiş qəza hadisələrinin təhqiqatı, qeydə alınması və bu kimi hadisələrin baş verməməsinə dair tədbirlər planının hazırlanması;Qəza vəziyyətinə düşmüş gəmilərin kapitanlarına və digər üzən vasitələrin rəhbərlərinə təhlükəsiz üzmə barəsində göstəriş və məsləhətlər vermək.

Beynəlxalq standartlar

Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin fəaliyyəti Beynəlxalq Menecment sisteminin  İSO 9001:2008; İSO 14001:2004; OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun tənzimlənir.

Normativ tənzimləmə

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti bu gün öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, normativ hüquqi aktları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, o cümlədən Xidmətin Əsasnaməsini, Beynəlxalq Əmniyyətli İdarəetmə Məcəlləsinin tələblərini əsas götürərək dənizdə qəza-xilasetmə, yedək, dalğıc, neft dağılmalarının ləğvi, insanların daşınması, xilasedici-qoruyucu vasitələrə xidmət işlərini həyata keçirir.

Rəhbərlik haqqında məlumat


Fuad Ramiz oğlu Bağırov

Azərbaycan Respublikası FHN Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəisi.

 

Samir Alim oğlu Orucov

Azərbaycan Respublikası FHN Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəis müavini.

 

Samir Ramiz oğlu Orucov

Azərbaycan Respublikası FHN Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəis müavini.

 

İlqar Vəli oğlu Vəliyev

Azərbaycan Respublikası FHN Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Xarici əlaqələr və marketinq üzrə rəis müavini.

 

Quliyev Eldar Fərhadoviç

Azərbaycan Respublikası FHN Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Xilasetmə və sualtı texniki işlər üzrə rəis müavini.