26 fevral 2021-ci il saat 20:45-dək, ilkin məlumata əsasən:
Hacıqabul rayonunda ümumi sahəsi 400 m² olan tövlənin çardağının yanar konstruksiyaları 100 m² sahədə və çardağına yığılan 8 ton ot bağlamasının 3 tonu yanıb.
26 fevral 2021-ci il saat 12:45-dək, ilkin məlumata əsasən:
Ağcabədi rayonunun Hindarx qəsəbəsində ümumi sahəsi 15 m² olan köməkçi tikilinin tavanı 5 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub...
Sumqayıt şəhərində ümumi sahəsi 400 m² olan yuyucu maddələrin istehsalı sexinin anbarında 60 m² sahəyə yığılmış və içərisində yuyucu vasitələrin saxlandığı 36 ədəd plastmas çəllək və 20 p.m elektrik kabeli yanıb.
Cəlilabad rayonu, Babalı kəndində ümumi sahəsi 153 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 105 m² sahədə yanıb...
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...
26 fevral 2021-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi ünvanında ikimərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb...